Hennessey Venom GT — Amerikanın `Hennessey Performance Engineering` tüninq şirkətinin `Lotus Exige` kuzovunun əsasında və `Chevrolet Corvette ZR1` mühərriki ilə düzəltdiyi idman avtomobilidir.
Bu ilin yanvarında avtomobil 13,63 saniyəyə 300 km/saat sürət yığmaqla Ginnesin rekordlar kitabına düşüb. Mühərrikin həcmi 7 litrdir. Sürət qutusu 6 pilləli mexaniki ötürücüyə malikdir.
Avtomobilin qiyməti 600.000 dollardan başlayır və komplektasiyadan asılı olaraq 1.000.000 dollara qədər dəyişir.